Menyu

Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri bəlli oldu

Əziz Əzizli
Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri bəlli oldu
1 dəq oxu

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Operativ Media xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçiləri “Zirə”, “Sabah” və “Araz-Naxçıvan”ın mümkün rəqibləri müəyyənləşib.

“Sabah” – “Petrokub” (Moldova) cütünün qalibi növbəti raundda UEFA Avropa Liqasında II təsnifat mərhələsinin “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq.

“Zirə” – “Hayduk” (Xorvatiya) duelindən üstün ayrılacaq komandanın III təsnifat mərhələsindəki rəqibi “Atletik Eskaldes” (Andorra) – “Dinamo Siti” (Albaniya) cütünün qalibi olacaq.

“Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) mübarizəsində yoluna davam edəcək komanda isə “Omoniya” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 7-də və 14-də keçiriləcək

Əlaqəli Xəbərlər