Azərbaycan millisinin üzvü Rusiyada turun rəmzi komandasına seçildi

Əziz Əzizli
Azərbaycan millisinin üzvü Rusiyada turun rəmzi komandasına seçildi

Futbol üzrə Azərbaycanın qadınlardan ibarət milli komandasının və Kazanın “Rubin” klubunun müdafiəçisi Alina Dorofeyeva Rusiya Superliqasının 15-ci turunun rəmzi komandasına seçilib.

Operativ Media xəbər verir ki, bu barədə turnirin sosial şəbəkə hesabı məlumat yayıb.

Qeyd edək ki, Dorofeyeva turun “Zvezda-2005” klubu ilə qələbə qazanan oyununda (2:0) 69 dəqiqə meydanda olub.

Yeri gəlmişkən, Azərbaycan millisinin Kazan klubunda digər təmsilçisi Diana Məmmədova 90 dəqiqə meydanda olub.

Digər xəbərlər