Bakı Metropoliteni və "Azərsun Holdinq" “İçərişəhər” stansiyasında xüsusi sərgi təşkil edib

Əsəd Abbaslı
Bakı Metropoliteni və "Azərsun Holdinq" “İçərişəhər” stansiyasında xüsusi sərgi təşkil edib

Bakı Metropoliteni və "Azərsun Holdinq" Azərbaycan mətbuatının 150 illiyi münasibətilə “İçərişəhər” stansiyasında xüsusi sərgi təşkil edib.

Operativ Media xəbər verir ki, sərgidə "Əkinçi" qəzetindən başlayaraq müxtəlif dövrlərdə fəaliyyət göstərmiş mətbu nəşrlər, görkəmli jurnalist və redaktorların fəaliyyəti, milli mətbuatımızın zəngin və keşməkeşli tarixini əks etdirən arxiv fotolar nümayiş olunur.

Layihənin məqsədi Azərbaycan mətbuatının keçdiyi yola işıq salmaq, onun formalaşmasında əvəzsiz rolu olan şəxsiyyətləri cəmiyyətə tanıtmaq və maarifləndirməni təşviq etməkdir.

Sərgi 21 iyul tarixindən etibarən bir həftə boyunca sərnişinlərin ziyarətinə açıqdır.

Digər xəbərlər