"Bavariya"nın sabiq müdafiəçisi karyerasını başa vurub

Əziz Əzizli
"Bavariya"nın sabiq müdafiəçisi karyerasını başa vurub

Braziliyalı müdafiəçi Rafinya karyerasını bitirib.

Operativ Media xəbər verir ki, bu haqda futbolçu özü açıqlama verib.

"Mən bunu bir müddətdir planlaşdırırdım, lakin bu gün peşəkar futbolçu karyeramı başa vurduğumu rəsmən elan edirəm. Bu, uzun bir yol oldu və ilk növbədə, mənə gözəl karyera bəxş etdiyi üçün Allaha şükür etmək istəyirəm. Bu gün olduğum yerdə olacağımı gözləmirdim. Bu gün isə hər şey sona çatır", - deyə o bildirib.

39 yaşlı braziliyalı karyerası ərzində "Şalke", "Cenoa", "Bavariya", "Flamenqo", "Olimpiakos", "Qremio", "Sao Paulo" və "Kuritiba"da çıxış edib. Münhen komandasının tərkibində Rafinya 7 qat Almaniya çempionu, 3 dəfə Almaniya kubokunun qalibi, həmçinin Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.

Digər xəbərlər