"Nyukasl" və "Mançester Siti" "Bernli"nin qapıçısı Traffordla maraqlanır

Əziz Əzizli
"Nyukasl" və "Mançester Siti" "Bernli"nin qapıçısı Traffordla maraqlanır

"Bernli"nin qapıçısı Ceyms Trafford karyerasını başqa klubda davam etdirə bilər .

Operativ Media xəbər verir ki, bu haqda "Telegraph" məlumat yayıb.

Mənbənin məlumatına görə, 22 yaşlı ingilis futbolçu ilə "Nyukasl" və "Mançester Siti" maraqlanır.

Trafford "Mançester Siti" akademiyasının yetirməsidir.. 2023-cü ilin yayında 17,3 milyon avroya "Bernli"yə keçib. Qapıçı “Bernli”nin heyətində 73 oyun keçirib və 31 oyunda qapısını toxunulmaz saxlayıb.

Digər xəbərlər