Betondan yığma tikinti konstruksiyalarının istehsalı artıb

Şəfa Hüseynli
Betondan yığma tikinti konstruksiyalarının istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında ölkədə 45 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal olunub ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,8 dəfə və ya 29 min kubmetr çoxdur.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib .

Cari ilin may ayı ilə müqayisədə isə iyunda istehsal həcmində 6,8 dəfə və ya 22,2 min kub metr artım müşahidə olunub. İyun ayında 26 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal edilib.

Digər xəbərlər