Ana səhifə / İdman / Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı start götürüb Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı start götürüb 22.07.2025, 10:57 Əziz Əzizli İyulun 21-də çimərlik voleybolu üzrə Azərbaycan çempionatına start verilib. Operativ Media Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 23 komanda mübarizə aparır. Qadınların birinciliyinə 12, kişilərin yarışına isə 11 kollektiv qatılıb. Bakı Su İdmanı Sarayında təşkil olunan yarışın ilk günündə 8 qarşılaşma baş tutub: Qadınlar “Milli Aviasiya Akademiyası-2” - “Gəncə-2” 0:2 (16:21, 19:21) “Milli-2” - “Milli-3” 2:0 (21:14; 21:12) “Milli Aviasiya Akademiyası-1” - “Xarı Bülbül-1” 2:0 (21:16, 21:08) “Xarı Bülbül-2” - “Azərreyl-3” 0:2 (14:21, 02:21) Kişilər “Murov Az Terminal-4” - “Xilasedici-1” 1:2 (18:21, 21:14, 08:15) “Xarı Bülbül-2” - “Azərreyl-2” 0:2 (08:21, 11:21) “Azərreyl-3” - “Murov Az Terminal-3” 2:0 (21:12, 21:11) “Azərreyl-1” - “Xilasedici-1” 2:0 (21:09, 21:16) Teqlər: "\u00c7im\u0259rlik voleybolu \u00fczr\u0259 Az\u0259rbaycan \u00e7empionat\u0131 start g\u00f6t\u00fcr\u00fcb"