“Qarabağ” sabah UEFA Çempionlar Liqası II təsnifat mərhələsi çərçivəsində İrlandiyanın “Şelbrun” klubu ilə üz-üzə gələcək.
Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçisi artıq sözügedən ölkədədir. "Atlılar" bu gün oyun öncəsi son məşqini keçirəcək.
“Köhlən atlar” İrlandiyada dəstəksiz qalmayacaq.
Paytaxt Dublində yerləşən “Tolka Park” arenada baş tutacaq matçda Azərbaycan klubunu 100-dən artıq azarkeş dəstəkləyəcək.
“Şelbrun” – “Qarabağ” oyunu iyulun 23-də oynanacaq.
Bu komandaların cavab görüşü isə iyulun 30-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.