Ana səhifə / İqtisadiyyat / Azərbaycanda süd məhsullarının istehsalı azalıb Azərbaycanda süd məhsullarının istehsalı azalıb 22.07.2025, 12:56 Şəfa Hüseynli Bu ilin I yarısında Azərbaycanda 4 min 979,6 ton qaymaq və xama istehsal edilib. Operativ Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azdır. Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı isə illik müqayisədə 3,7 % azalaraq 26 min 229,9 tona düşüb. İyulun 1-nə respublikada 0,2 ton qaymaq və xama ehtiyatı, 77,6 ton isə pendir və kəsmik ehtiyatı yaranıb. Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12 % çoxdur. Teqlər: "Az\u0259rbaycanda s\u00fcd m\u0259hsullar\u0131n\u0131n istehsal\u0131 azal\u0131b"
26.02.2026, 19:28 Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO