Operativ Media xəbər verir ki, gənc hücumçu iki ay yaşıl meydanlardan uzaq qalacaq.
"Real Madrid" futbolçunun yalnız sentyabrın sonuna kimi zədəsini sağaltacağını gözləyir. Xatırladaq ki, braziliyalı ilk zədəsini mayın 18-də La Liqanın 37-ci turunun “Sevilya” ilə oyununda (2:0) alıb və bu səbəbdən klublararası dünya çempionatında iştirak edə bilməyib.
"Real Madrid"in yeni mövsümdə ilk oyunu avqustun 19-na planlaşdırılıb.La Liqanın 2025/26 mövsümünün ilk turunda Madrid təmsilçisi "Osasuna" ilə qarşılaşacaq.
Endrik 2024-cü ildən "Real Madrid"də çıxış edir. Ötən mövsüm o, klubda 37 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Teqlər:
"\"Real Madrid\"in braziliyal\u0131 h\u00fccum\u00e7usu iki ayl\u0131q s\u0131radan \u00e7\u0131xd\u0131"