İtaliya klubu Türkiyə millisinin gənc hücumçusunu heyətinə qatmaq istəyir

Əziz Əzizli
İtaliya klubu Türkiyə millisinin gənc hücumçusunu heyətinə qatmaq istəyir

Türkiyə Super Liqasında çıxış edən "Beşiktaş" klubunun heyətini daha bir futbolçu tərk edə bilər.

Operativ Media xəbər verir ki, İtaliyanın "Kalyari" klubu "ağ-qaralar"ın gənc hücumçusu Semih Kılıçsoyu heyətinə qatmaq istəyir. İtaliya təmsilçisi Semihi icarə əsasında heyətinə qatmaqda maraqlıdır.

19 yaşlı hücumçu özü də daimi forma geyinəcəyi komandada çıxış etmək istəyir. 

Qeyd edək ki, daha əvvəl Niderlandın "Utrext" klubu da Semih Kılıçsoyu heyətinə qatmaq istəyib.

Digər xəbərlər