Menyu

"Qalatasaray"ın italiyalı futbolçusu zədələnib

Əziz Əzizli
"Qalatasaray"ın italiyalı futbolçusu zədələnib
1 dəq oxu

Avstriyada təlim-məşq toplanışı keçən "Qalatasaray"ın italyan futbolçusu Nikolo Zaniolo zədələnib.

Operativ Media xəbər verir ki, italyan futbolçu "Admira Vakker"lə matçın 70-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.

Zaniolo zədə səbəbindən komandanın bu gün keçirilən məşqində iştirak etməyib.

Futbolçunun vəziyyəti hələlik qeyri-müəyyən olaraq qalır və onun meydana nə vaxt qayıdacağı MRT yoxlanışından sonra bilinəcək.

Əlaqəli Xəbərlər