Dövlət Neft Fondunun gəlirləri 9 mlrd. manata yaxınlaşıb
Gozel Həşimova
2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin gəlirləri 8 milyard 815,9 milyon manat təşkil edib.
Operativ Media xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 427 milyon manat və ya 4,6 faiz azdır.
Qeyd edək ki, bu dövrdə ARDNF xərcləri isə 7 milyard 264,8 milyon manata bərabər olub ki, buda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 862,1 milyon manat və ya 13,5 faiz çoxdur.
Teqlər:
"D\u00f6vl\u0259t Neft Fondunun g\u0259lirl\u0259ri 9 mlrd. manata yax\u0131nla\u015f\u0131b"