Suriyada baş verən qarşıdurmalarda ölənlərin sayı artıb
Gozel Həşimova
İyulun 13-dən bəri Suriyanın Əs-Suveyda əyalətində toqquşmalar, kütləvi edamlar və İsrailin bombardmanları nəticəsində ölənlərin sayı 1265 nəfərə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
Ölənlər arasında Müdafiə və Təhlükəsizlik Nazirliyinin 440 əməkdaşı, 32 bədəvi və 1 Livan əsgəri var.
Bildirilib ki, atəşkəs razılaşmasına baxmayaraq, Əs-Suveyda əyalətində qarşıdurmalar davam edir.
Qeyd edək ki, iyulun 19-da Suriya prezidenti Əhməd əl-Şaraa beynəlxalq vasitəçilərin iştirakı ilə hazırlanmış nizamlama planına uyğun olaraq Əs-Suveydada atəşkəs elan edib. Lakin iyulun 20-də druzlarla bədəvilər arasında toqquşmalar yenidən başlayıb.
Gözəl Azadəliyeva
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net