Qvineyalı cinah hücumçusu Salifu Suma artıq “Zirə” klubundan ayrılıb.
Operativ Media-nın məlumatına görə, futbolçunun Ukraynanın “Dinamo” (Kiyev) klubuna keçmək ehtimalı yüksək olsa da, həmçinin Sloveniyanın “Maribor” klubu tərəfindən ciddi maraq olduğu deyilsə də, Suma karyerasını Norveçdə davam etdirəcək. Lakin hələlik onun keçdiyi klubun adı açıqlanmayıb.
Tərəflər artıq razılığa gəliblər və “Zirə” 21 yaşlı hücumçunun transferindən müəyyən məbləğ əldə edəcək.
Qeyd edək ki, “qartallar” UEFA Konfrans Liqasının oyunları üçün sifariş ərizəsini açıqlayıb və Salifu Suma həmin siyahıya daxil edilməyib.