Ağdam Sənaye Parkında əlavə olaraq 400-ə yaxın yeni iş yeri yaradılıb
Şəfa Hüseynli
Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması ilə əlavə olaraq 400-ə yaxın yeni iş yeri yaradılıb.
Operativ Media xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat verib.
Bildirilib ki, işlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir.
Fabrikdə 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur.
Müəssisənin illik istehsal gücü 20 milyard ədəd siqaret təşkil edir. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Özbəkistan və İraqa ixrac edilir.
Teqlər:
"A\u011fdam S\u0259naye Park\u0131nda \u0259lav\u0259 olaraq 400-\u0259 yax\u0131n yeni i\u015f yeri yarad\u0131l\u0131b"