Türkiyə tərəflər arasında dialoqun bu həftə İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarından sonra davam edəcəyini gözləyir.
Operativ Media xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
Hakan Fidan danışıqların üçüncü raundunun bu həftə baş tutacağına ümid etdiyini bildirib:
"Danışıqların üçüncü raundu inşallah bu həftə baş tutacaq. Məqsədimiz tərəflərin bir-biri ilə danışıqlara davam etməsini təmin etmək və etimadı artıran addımlar atmaqdır".
Gözəl Azadəliyeva