Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan "Coca-Cola Co" ikinci rübdə xalis mənfəətini 1,6 dəfə artırıb.
Operativ Media xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Məlumata əsasən, bu ilin ikinci rübündə xalis mənfəət 3,81 milyard dollar və ya hər səhmə görə 0,88 dollar olub. Keçən ilin eyni dövründə bu göstərici 2,41 milyard dollar və ya hər səhmə görə 0,56 dollar təşkil edib.
"Coca-Cola"nın rüblük gəliri isə 12,36 milyard dollardan 12,54 milyard dollara yüksəlib.
Bu dövrdə qazlı sərinləşdirici içkilərin satışı 1%, südlü və bitki mənşəli içkilərin satışı isə 4% azalıb.
Gözəl Azadəliyeva