Qlobal LNG ticarəti 5,5% artacaq

Gozel Həşimova
Qlobal LNG ticarəti 5,5% artacaq

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il mayeləşdirilmiş təbii qazın (LNG) qlobal ticarətində artım proqnozunu 5%-dən 5,5%-ə qaldırıb.

Operativ Media xəbər verir ki, bu barədə qurumun qaz bazarı ilə bağlı hesabatında deyilir.

Agentlik 2026-cı ildə son səkkiz ilin ən böyük artımını gözlədiyini bildirib. Belə ki, gələn il dünyada LNG tədarükünün artım tempi 7% təşkil edəcək. Bu da  2019-cu ildən bəri ən yüksək səviyyədir.

Bu artım əsasən ABŞ, Kanada və Qətərdə yeni LNG layihələri hesabına baş verəcək.

 

Gözəl Azadəliyeva

Digər xəbərlər