"Oyuna yetərincə yaxşı hazırlaşa bilmişik".
Operativ Media xəbər verir ki, bunu "Zirə"nin bas məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Hayduk"la oyundan öncə keçirilən mətbuat konfransında deyib.
"Komandamız ideala yaxın formadadı. Düşünürəm sabah azarkeşləri maraqlı və gərgin oyun gözləyir. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İstəyərdik ki azarkeşlərimiz tribunaları doldursunlar. Bütün klubların azarkeşlərini komandamıza dəstək olmağa çağırırıq", - deyə o qeyd edib.