Ərdoğan Starmer ilə telefon danışığı aparıb

Əsəd Abbaslı
Ərdoğan Starmer ilə telefon danışığı aparıb

Prezident Rəcəb Tayyib Ərdoğan İngiltərə Baş naziri Keir Starmer ilə telefon görüşməsi keçirib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Görüşdə Türkiyə ilə İngiltərə arasındakı ikitərəfli əlaqələr, regional və qlobal mövzular müzakirə olunub.

Xüsusilə, Eurofighter təyyarələrinin tədarükü üzrə əldə edilən irəliləyişlər qiymətləndirilib və bu inkişafların iki ölkə arasındakı əməkdaşlığa müsbət təsir göstərəcəyi vurğulanıb.

Ərdoğan həmçinin Türkiyə ilə İngiltərə arasında Sərbəst Ticarət Müqaviləsinin yenilənməsi üzrə aparılan danışıqlardan bu il nəticə əldə etməyi ümid etdiklərini bildirib.

Görüşdə həmçinin, Qəzzadaki humanitar vəziyyətin çox ağır olduğu, aclıqdan ölüm hallarının qarşısının alınmadığı və humanitar yardımların bir an öncə Qəzzaya çatdırılmasının vacibliyi qeyd olunub.

Digər xəbərlər