Moskvada və Sankt-Peterburqda hava şəraiti səbəbilə 500-dən çox reys ləğv olunub.
Operativ Media xəbər verir ki, 19–22 iyul tarixlərində Moskvadakı hava limanlarında və Sankt-Peterburqun Pulkovo aeroportunda ümumilikdə 517 reys ləğv edilib, 169 təyyarə ehtiyat hava limanlarına yönləndirilib.
Qeyri-sabit hava şəraiti səbəbindən yaranan bu vəziyyət 75 minə yaxın sərnişinə təsir edib.
Nazirliyin açıqlamasına görə, həmin günlərdə 16 mindən çox sərnişin biletlərini geri qaytarıb.
Hazırda hava limanlarında vəziyyətin sabitləşməsi istiqamətində tədbirlər davam etdirilir.