65 yaşlı Böyük Britaniya vətəndaşı Hovard Maykl Fillipsi Rusiya kəşfiyyatına məlumat ötürməyə cəhd etməkdə təqsirli bilib.
Operativ Media xəbər verir ki, bu barədə "Sky News"un yaydığı məlumatda qeyd olunub.
İstintaq zamanı müəyyən edilib ki, Fillips ölkənin keçmiş müdafiə naziri Qrant Şappsın ev ünvanı və telefon nömrəsini Rusiya kəşfiyyat agenti kimi çıxış edən MI5 əməkdaşlarına təqdim edib.
Məlum olub ki, əməliyyat Böyük Britaniyanın daxili təhlükəsizlik xidməti MI5 tərəfindən gizli şəkildə həyata keçirilib.
Sabiq ofis işçisi olan Fillips özünü rus agenti kimi təqdim edən şəxslərlə söhbətində, təqaüdə çıxdıqdan sonra sıradan bir həyat yaşamaq istəmədiyini, kəşfiyyat dünyasında işləmək arzusu olduğunu bildirib.
Münsiflər heyəti yekdilliklə onun məlumatı Rusiya kəşfiyyatına könüllü şəkildə təqdim etmək niyyəti ilə hərəkət etdiyinə qərar verib. Hazırda onun cəzası ilə bağlı qərarın yaxın günlərdə elan ediləcəyi gözlənilir.
Xatırladaq ki, iyunun 29-da Lordlar Palatasının üzvü Robert Skidelski çıxışında Böyük Britaniyanın Rusiyaya qarşı aqressiv siyasətini “imperator nostaljisi” ilə əlaqələndirmiş, bunun da qismən rusofobiya və köhnə anti-Rusiya əhval-ruhiyyəsi ilə bağlı olduğunu bildirmişdi.