Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa verməyi planlaşdırdığı barədə yayılan xəbərləri təkzib edib
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
***
09:14
Yaponiyanın Baş naziri Şiqeru İşiba iyulda istefa verə bilər.
Operativ Media xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.
Baş nazirin qərarı onun rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) parlamentin yuxarı palatasına seçkilərdə uğursuzluğu ilə bağlıdır.
Bundan əvvəl Yaponiyanın bir sıra KİV-ləri Baş nazirin mümkün istefası barədə məlumat yayıb.
Qeyd edək ki, LDP və Komeitonun hakim bloku iyulun 20-də keçirilən seçkilərdə parlamentin yuxarı palatasında çoxluğunu itirib. Bu, İşiba üçün ardıcıl ikinci böyük seçki məğlubiyyətidir.
Gözəl Azadəliyeva