Menyu

Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər - FOTO

Gozel Həşimova
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər - FOTO

İyulun 22-də Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası və bir sıra media rəhbərləri Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.

Operativ Media xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Azərbaycan milli mətbuatının banisi, "Əkinçi" qəzetinin naşiri və baş redaktoru, görkəmli ictimai xadim və maarifpərvər ziyalı Həsən bəy Zərdabinin məzarı ziyarət olunub. Onun ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tər güllər qoyulub, dərin minnətdarlıq hissi ilə böyük mütəfəkkirin əziz xatirəsi yad edilib.

Eyni zamanda, Zəfər abidəsinin önünə əklil və tər güllər qoyulub, Vətən müharibəsində canlarını fəda edən şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər