Menyu

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsi müzakirə edilib

Şəfa Hüseynli
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsi müzakirə edilib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin Türkiyəyə səfəri davam edir.

Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qardaş ölkənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüş keçirilib.

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğu xüsusi vurğulanıb.

Görüş zamanı, həmçinin ölkələr arasında hərbi əlaqələrin inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə edilib.

Teqlər:

"Az\u0259rbaycan-T\u00fcrkiy\u0259 h\u0259rbi \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131n\u0131n daha da geni\u015fl\u0259ndirilm\u0259si m\u00fczakir\u0259 edilib"

Əlaqəli Xəbərlər