AMB iqtisadi artım proqnozlarını yeniləyib
Şəfa Hüseynli
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkə iqtisadiyyatının 3 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,2 % böyüyəcəyini proqnozlaşdırır.
Operativ Media xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Bu ilin aprel ayında qurum 2025-ci ildə iqtisadi artımın 3,3 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4,7 % olacağını açıqlamışdı.
Bundan başqa, T.Kazımov deyib ki, AMB gələn il ölkə iqtisadiyyatının 2,2 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,3 % böyüyəcəyini proqnozlaşdırır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net