Azərbaycan ilə Ukraynanın ticarəti azalıb

Gozel Həşimova
Azərbaycan ilə Ukraynanın ticarəti azalıb

Azərbaycan ilə Ukrayna arasında bu ilin birinci yarısında ticarət dövriyyəsi 240,6 milyon dollar təşkil edib.

Operativ Media-nın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azdır.

Hesabat dövründə Azərbaycandan Ukraynaya 103,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 136,7 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 249,8 milyon dollar təşkil edib.

 

Gözəl Azadəliyeva

Digər xəbərlər