Suriyanın yeni hakimiyyət orqanları müdafiə qabiliyyətinin gücləndirilməsi və terrorla mübarizədə Türkiyədən kömək istəyib.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"Suriya rəhbərliyi müdafiə qabiliyyətinin gücləndirilməsi və İŞİD başda olmaqla bütün terror təşkilatları ilə mübarizə çərçivəsində Türkiyədən rəsmi dəstək istəyib. Biz Suriyanın yeni hökuməti ilə sıx əməkdaşlıq edirik. Bu tələbə uyğun olaraq, Suriyanın müdafiə qabiliyyətini artırmaq üçün təlim və texniki dəstək vermək üçün səylərimizi davam etdiririk.
Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunması, sabitliyin təmin edilməsi və terror təşkilatları ilə mübarizədə qətiyyətli mövqeyini saxlayır”, - Türkiyə Müdafə Nazirliyinin məlumatında deyilir.
Gözəl Azadəliyeva