Menyu

ABŞ və Çin liderləri İsveçdə görüşəcək

Gozel Həşimova
ABŞ və Çin liderləri İsveçdə görüşəcək

İsveçin Baş naziri Ulf Kristersson ABŞ və Çin arasında davam edən ticarət danışıqlarının üçüncü mərhələsinin İsveçdə keçiriləcəyini açıqlayıb.

Operativ Media bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Nazir, İsveçin gələn həftə ABŞ və Çin arasında davam edən ticarət danışıqlarının üçüncü raunduna ev sahibliyi edəcəyini açıqlayıb.

Kristersson sosial media hesabında iki ölkənin razılığa gəlmək üçün görüşmək istəyini müsbət hal kimi qiymətləndirib:

"Danışıqlar ilk növbədə ABŞ və Çin arasındakı münasibətlərə aiddir, lakin onlar həm də qlobal ticarət və iqtisadiyyata əhəmiyyətli təsir göstərir. Bu mürəkkəb qlobal mühitdə qaydalara əsaslanan ticarəti və İsveçin iqtisadi maraqlarını qorumaq hökumətin əsas prioritetlərindən biridir".

 

Gözəl Azadəliyeva

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər