"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Milan klubundan ayrılmaq fikrində olmadığını bildirib.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
“‘İnter’də xoşbəxtəm və həmişə burada qalmaq istədiyimi demişəm. Hər şeyə yenidən başlamağa hazıram. ‘İnter’ üçün darıxmışam. Məqsədim bu klubla titullar qazanmaqdır. Hər şey Lautaro ilə həll olunub. Biz xoşbəxtik və yenidən birlikdə oynamağa hazırıq.”
Yay transfer dövründə "Qalatasaray" və "Fənərbaxça" Çalhanoğlu ilə maraqlanıb.
Bundan əvvəl "İnter"in hücumçusu və kapitanı Lautaro Martines Klublararası Dünya Çempionatının 1/8 finalında "Fluminense"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra bildirib ki, futbolçulardan hər hansı biri komandadan getmək istəyirsə, bunu etməlidir. Klubun prezidenti Cüzeppe Marotta isə eyham vurub ki, Martinesin bu sözləri Çalhanoğluna ünvanlana bilərdi.
2024/25 mövsümündə 31 yaşlı türkiyəli futbolçu bütün turnirlərdə 47 oyuna çıxıb, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.