Menyu

Sabirabadda qaz olmayacaq

Əsəd Abbaslı
Sabirabadda qaz olmayacaq

Sabirabadın bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Operativ Media-ya verilən məlumata görə, diametri 225 və 219 mm-lik “Suqovuşan-Muğan” orta təzyiqli daşıyıcı qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad şəhərinin Muğan prospektində, M.S.Ordubadi küçəsində və Suqovuşan kəndində (ümumi 983 abonent) qaz təchizatı dayandırılacaq.

Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər