Menyu

"Sumqayıt" əlcəzairli müdafiəçi ilə gücləndi

Əziz Əzizli
"Sumqayıt" əlcəzairli müdafiəçi ilə gücləndi

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb.

Operativ Media xəbər verir ki, "kimyaçılar" son mövsümü "Fakel" (Voronej, Rusiya) klubunda keçirmiş Rayan Senhadji ilə 2+1 illik müqavilə imzalayıb. 28 yaşlı əlcəzairli mərkəz müdafiəçisi "Sumqayıt" FK-da "72" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Sumqayıt" FK buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli və Aleksandr Ramalinqomu heyətinə qatıb.

Teqlər:

"\"Sumqay\u0131t\" \u0259lc\u0259zairli m\u00fcdafi\u0259\u00e7i il\u0259 g\u00fccl\u0259ndi"

Əlaqəli Xəbərlər