Menyu

Türkiyədə 10 xilasedici meşədə yanaraq ölüb

Əsəd Abbaslı
Türkiyədə 10 xilasedici meşədə yanaraq ölüb
1 dəq oxu

Türkiyənin Eskişehir vilayətinin Seyitqazi rayonunda, Büyükyayla məhəlləsi yaxınlığındakı meşədə yanğını söndürərkən ərazidə çalışan 10 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, yanğın küləyin təsiri ilə güclənərək ətraf rayonlara da yayılıb.

Hadisə yerinə çoxsaylı yanğınsöndürən və fövqəladə xidmət əməkdaşları cəlb olunub.

Axtarış-xilasetmə işləri və yanğının nəzarətə alınması istiqamətində tədbirlər davam etdirilir.

Əlaqəli Xəbərlər