Menyu

İstanbulda partlayış binanın uçmasına səbəb olub

Əsəd Abbaslı
İstanbulda partlayış binanın uçmasına səbəb olub

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda yerləşən binaların birində güclü partlayış baş verib.

Operativ Media xəbər verir ki, hadisə Bereketzade məhəlləsində, Yanıkkapı küçəsində yerləşən iki mərtəbəli binanın birinci mərtəbəsindəki köşkdə qeydə alınıb.

Partlayış binanın uçmasına səbəb olub.

Hadisə yerinə yanğınsöndürənlər, AFAD qrupu göndərilib.

İstanbul valiliyi hadisə ilə bağlı açıqlamasında hələlik ölən və ya yaralanan olmadığını bildirib.

Teqlər:

"\u0130stanbulda partlay\u0131\u015f binan\u0131n u\u00e7mas\u0131na s\u0259b\u0259b olub"

Əlaqəli Xəbərlər