Menyu

Roberto Firminyo Qətər klubuna keçdi

Əziz Əzizli
Roberto Firminyo Qətər klubuna keçdi
1 dəq oxu

"Liverpul"un sabiq hücumçusu Roberto Firminyo "Əl Sədd"lə müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu haqda Qətər klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı braziliyalı ilə müqavilə 2027-ci ilə qədərdir.

Firminyo 2023-cü ilin yayından Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda çıxış edir. O, 65 oyun keçirib, 21 qol vurub və 17 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı hücumçunun bazar dəyərini 5 milyon avro qiymətləndirir.

Forvard həmçinin "Liverpul", "Hoffenhaym", "Tombense" və "Figueirense"də də çıxış edib.

Əlaqəli Xəbərlər