Türkiyə XİN: Rusiya-Ukrayna danışıqları daha konstruktiv istiqamətdə gedir
Gozel Həşimova
Türkiyə Rusiya və Ukrayna arasında birbaşa danışıqların daha konstruktiv və nəticəyönümlü istiqamətdə getdiyinə inanır.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Ümumilikdə, biz məmnuniyyətlə qeyd edirik ki, danışıqlar daha konstruktiv və nəticəyönümlü istiqamətdə gedir. Türkiyənin İstanbulda təşkil etdiyi Rusiya-Ukrayna danışıqlarında həll yolunda tərəflərin ortaq iradəsinin qurulmasına daha bir kərpic atıldı. Müharibənin ilk günündən nizamlanmaya can atan ölkəmiz Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək", - məlumatda deyilir.
Gözəl Azadəliyeva
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net