Menyu

Rusiyada göyərtəsində 46 sərnişinin olduğu təyyarə ilə əlaqə kəsilib

Gozel Həşimova
Rusiyada göyərtəsində 46 sərnişinin olduğu təyyarə ilə əlaqə kəsilib
1 dəq oxu

Rusiyanin Amur vilayətində göyərtəsində 46 sərnişinin olduğu təyyarə ilə əlaqə kəsilib.

Operativ Media xəbər verir ki, bu barədə "SHOT Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, Xabarovsk-Blaqoveşensk-Tynda reysi ilə uçan "An-24" sərnişin təyyarəsi ilə Amur vilayətində əlaqə kəsilib.

Təyyarənin yoxa çıxması ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Təyyarədə 2 uşaq və 6 ekipaj üzvü olmaqla 46 sərnişin var.

 

Gözəl Azadəliyeva

Əlaqəli Xəbərlər