Tailand və Kamboca arasında hərbi toqquşmalar başlayıb

Gozel Həşimova
Tailand və Kamboca arasında hərbi toqquşmalar başlayıb

Bu gün səhər saatlarında Tailand və Kamboca sərhədində iki ölkənin qoşunları arasında hərbi toqquşmalar başlayıb. 

Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yerli sakinlər hər iki tərəfin ağır silahlardan istifadə etdiyini bildiriblər.

Kamboca tərəfi qeyd edib ki, bu səhər Tayland qoşunları ölkənin ərazi bütövlüyünü pozub. Buna görə də Kamboca ordusu özünümüdafiə çərçivəsində hərəkət edir və əks hücuma keçib.

Hər iki tərəf sərhəd boyu mövqeləri gücləndirib.

Bundan əlavə, Tailand Hərbi Hava Qüvvələrinə məxsus "F-16" təyyarələri Kamboca hərbi mövqelərinə hücum edib. Məlumata görə, Tailand Kamboca ilə sərhəddə toqquşmalar fonunda bütün nəzarət-buraxılış məntəqələrini bağlayıb.

 

Gözəl Azadəliyeva

Digər xəbərlər