Vaşinqtonda keçirilən hərbi parad ABŞ ordusuna 30 milyon dollara başa gəlib

Gozel Həşimova
Vaşinqtonda keçirilən hərbi parad ABŞ ordusuna 30 milyon dollara başa gəlib

Amerika Silahlı Qüvvələri iyunun 14-də Vaşinqtonda Quru Qoşunların yaradılmasının 250 illiyi münasibətilə keçirilən hərbi parada təxminən 30 milyon dollar xərcləyib.

Operativ Media xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Xərclər ilkin olaraq 25-45 milyon dollar qiymətləndirilib.

Hərbi paradda təxminən 6500 amerikalı hərbçi və 150-yə yaxın müxtəlif döyüş texnikası, o cümlədən "M1 Abrams" tankları, "Bradley" zirehli texnikası və "Stryker" zirehli personal daşıyıcısı iştirak edib.

Vaşinqtonda keçirilən paradı on minlərlə insan izləyib

 

Gözəl Azadəliyeva

Digər xəbərlər