Suriya və Səudiyyə Ərəbistanı 6 milyard dollarlıq sazişlər imzalayıb
Şəfa Hüseynli
Suriya və Səudiyyə Ərəbistanı dəyəri 6 milyard dollardan çox olan 47 saziş və anlaşma memorandumu imzalayıb.
Operativ Media-nın Ərəbistan mediasına istinadən verdiyi məlumata görə, sənədlər Dəməşqdə keçirilən Suriya-Səudiyyə İnvestisiya Forumu çərçivəsində imzalanıb.
Sənədlər telekommunikasiya, kibertəhlükəsizlik və aviasiya sahələrini əhatə edir.
Forumda Suriya Prezidenti Əhməd əş-Şaraa, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih, eləcə də hər iki ölkənin dövlət və özəl təşkilatlarının nümayəndələri iştirak ediblər.
Nazir Xalid əl-Falih vurğulayıb ki, Səudiyyə Ərəbistanının nümayəndə heyətinin Dəməşqə səfəri krallığın Suriyanın bərpasına dəstəyini əks etdirir. Onun sözlərinə görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə yaradılan Səudiyyə-Suriya Biznes Şurası gələcək əməkdaşlığa və Suriya iqtisadiyyatının bərpasına yardıma görə məsul olacaq.
Teqlər:
"Suriya v\u0259 S\u0259udiyy\u0259 \u018fr\u0259bistan\u0131 6 milyard dollarl\u0131q sazi\u015fl\u0259r imzalay\u0131b"