Menyu

"Hyundai Motor"un gəliri rekord həddə çatıb

Gozel Həşimova
"Hyundai Motor"un gəliri rekord həddə çatıb
1 dəq oxu

Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı olan "Hyundai Motor" avtomobil satışlarının artması hesabına ikinci rübdə rekord gəlir əldə edib.

Operativ Media xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Məlumata görə, bu ilin ikinci rübündə şirkətin gəliri illik müqayisədə 7,3% artaraq rekord səviyyəyə - 35 milyard dollara çatıb.

Son rübdə "Hyundai" 1,066 milyon avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 0,8% çoxdur.

Hesabat dövründə Şimali Amerikada satışlar 3,3%, Cənubi Amerikada 6,6%, Avropada 2,6%, Cənubi Koreyada 1,5%, Yaxın Şərq və Afrikada 10,2% artıb.

Şirkətin səhmlərinin dəyəri bu ilin əvvəlindən bəri 2,6% artıb.

 

Gözəl Azadəliyeva

Əlaqəli Xəbərlər