Azərbaycanlı atlet Avropa birinciliyində 3 medal qazandı
Əziz Əzizli
Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev İspaniyanın paytaxtı Madriddə keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində 2 qızıl, 1 gümüş medal qazanıb.
Operativ Media xəbər verir ki, ikinci yarış günündə Musab Məmmədtağıyev U-15 kateqoriyasında mübarizə aparıb.
56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdənqaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub. Musab təkanlaqaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.
Beləliklə, iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avrop
Teqlər:
"Az\u0259rbaycanl\u0131 atlet Avropa birinciliyind\u0259 3 medal qazand\u0131"