Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Gozel Həşimova
Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı

Avropa Mərkəzi Bankı üç əsas siyasət dərəcəsini sabit saxlayıb.

Operativ Media xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Avropa Mərkəzi Bankının İdarəetmə Şurası əsas faiz dərəcələrini dəyişməyərək depozit imtiyazını 2 faiz, əsas yenidən maliyyələşdirmə əməliyyatlarını 2,15 faiz və marjinal kreditləşdirmə imkanını 2,40 faiz səviyyəsində saxlayıb. Beləliklə, bank 8 aydan sonra faiz endirimlərini dayandırıb.

Qeyd edilib ki, regionda inflyasiya azalır və əmək haqqı artımı yavaşlayır. 

 

Gözəl Azadəliyeva

 

Digər xəbərlər