Ana səhifə / İdman / Rüfət Abdullazadə Xorvatiya klubunda - RƏSMİ Rüfət Abdullazadə Xorvatiya klubunda - RƏSMİ 24.07.2025, 16:53 Əziz Əzizli "Səbail"dən ayrılan Rüfət Abdullazadənin yeni klubu məlum olub. Operativ Media xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi karyerasını Xorvatiyada davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azərbaycanın U-21 millisinin sabiq üzvü olan 24 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Qeyd edək ki, "Varajdin" ötən mövsüm Xorvatiya çempionatını 4-cü pillədə başa vurub. Komanda UEFA Konfrans Liqasında mübarizə aparacaq. Teqlər: "R\u00fcf\u0259t Abdullazad\u0259 Xorvatiya klubunda - R\u018fSM\u0130"