Bu ilin iyun ayında Avropanın ən böyük avtomobil bazarlarının siyahısı açıqlanıb.
Operativ Media xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) hesabatında deyilir.
Məlumata görə, Almaniya avtomobil bazarı Avropa reytinqində birinci yeri tutub. Belə ki, ötən ay Almaniyada 256 193 avtomobil satılıb ki, bu da illik 14 faiz azdır.
Avropanın digər ən böyük avtomobil bazarları isə bunlardır:
Ölkə
Avtomobil sayı
Almaniya
256 193
Böyük Britaniya
191 316
Fransa
169 505
İtaliya
132 320
İspaniya
119 125
Rusiya
90 116
Ümumilikdə bu dövrdə dünya üzrə 7 milyon 731 min 358 minik avtomobili və yüngül kommersiya avtomobili satılıb ki, bu da 2024-cü ilin iyun ayı ilə müqayisədə iki faizdən çoxdur. Ən çox avtomobil Çin sakinləri tərəfindən alınıb - 2 milyon 311 min 310 ədəd.
Gözəl Azadəliyeva
Teqlər:
"Avropan\u0131n \u0259n b\u00f6y\u00fck avtomobil bazarlar\u0131 \u2013 S\u0130YAHI"