Lənkəranın mərkəzində mağaza yanır
Əsəd Abbaslı
Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.
Operativ Media xəbər verir ki, yanğın hadisəsi şəhərin “DOSA” adlanan ərazisində qeydə alınıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi yanğının söndürülməsinə cəlb olunub.
Polis əməkdaşları tərəfindən yanğın baş verən ərazi nəzarətə götürülməklə mühafizə tədbirləri həyata keçirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net