20 Fevral 2023, 06:59
Bayden "Buxarest Doqquzluğu"nun liderleri ilə görüşəcək
Bayden "Buxarest Doqquzluğu"nun liderleri ilə görüşəcək şəkil
Bayden "Buxarest Doqquzluğu"nun liderleri ilə görüşəcək

ABŞ Prezidenti Cozef Bayden 20-22 fevral tarixlərində Polşaya səfər edərək Prezident Anjey Duda və NATO-nun şərq cinahında yerləşən doqquz ölkənin “Buxarest Doqquzluğu”nun liderləri ilə görüşəcək.

 

"Operativ Media" bildirir ki, bu barədə  “İnterfaks” məlumat yayıb.

Ağ Evdən bildirilib ki, Bayden Duda ilə ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin Ukraynaya dəstək üçün kollektiv səyləri müzakirə etməyi planlaşdırır.

Fevralın 21-də ABŞ Prezidenti Ukraynada müharibənin ildönümünə həsr olunmuş müraciətlə çıxış edəcək. Bayden çıxışında “Ukraynaya dəstəkdə beynəlxalq ictimaiyyətin qətiyyəti və birliyinin” vacibliyini qeyd edəcək. Prezident həmçinin “Ukraynaya ABŞ-ın davamlı dəstəyi ilə bağlı siqnal göndərəcək”.

Bu zaman Varşavada Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiyanın daxil olduğu “Buxarest Doqquzluğu” sammiti keçiriləcək. Səfər zamanı Bayden həmin ölkələrin liderləri ilə görüşəcək.

Bayden Poşaya son dəfə ötən ilin martında səfər edib.

Son xəbərlər
Məsud Pezeşkian Azərbaycan səfəri öncəsi AzTV-yə müsahibə verib
Bakıda külək attraksionu aşırıb
Hava ilə bağlı növbəti xəbərdarlıq edilib
ABL: "Neftçi" "Abşeron"u məğlub etdi
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Pezeşkian partlayış olan əraziyə gedəcək
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı