ADY: Azərbaycanda dəmiryolu ilə sərnişindaşıma 21 % artıb
Şəfa Hüseynli
Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu xətti üzrə ümumilikdə 4 milyon 648 min 444 sərnişin daşınıb.
Bu barədə Operativ Media ADY-yə istinadən xəbər verir.
Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 798 min 103 nəfər və ya 20,7 % çoxdur.
Yalnız iyun ayında isə ölkədaxili və Abşeron dairəvi dəmir yolu marşrutları üzrə 766 min 718 sərnişin daşınıb ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 185 min 742 nəfər və ya 32 % artım deməkdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net