Azərbaycanlı futbolçu debüt oyununda qol vurdu, komandası qalib gəldi
Əziz Əzizli
Orxan Əliyev Qırğızıstan Premyer Liqasında uğurlu debüt edib. “Turan Tovuz”dan ayrılaraq “Ozgon”a keçən hecumçu debüt oyununda fərqlənib.
Operativ Media xəbər verir ki, onun komandası Bişkekin “Asiagoal” klubunun qonağı olub. 14-cü tur çərçivəsində keçirilən matçda Orxan qol hesabını açıb. Oyun Əliyevin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda “Ozgon” turnir cədvəlində 19 xalla 6-cı yerdə qərarlaşıb.
Teqlər:
"Az\u0259rbaycanl\u0131 futbol\u00e7u deb\u00fct oyununda qol vurdu komandas\u0131 qalib g\u0259ldi"